Ermənistanda enerji savaşı alovlandı: Milyarderin ailəsinə basqın, şirkətə hücum
8 iyul səhərindən etibarən Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməkdaşları “Elektrik Şəbəkələri Ermənistan” şirkətinin baş ofisində axtarışlar aparır. Maska taxmış hüquq-mühafizəçilər əməkdaşları binaya buraxmır.
Eyni vaxtda, şirkətin Direktorlar Şurasının sədri Narek Karapetyanın evinə də basqın edilib və axtarış həyata keçirilir. O, “Taşir” Holdinqin prezidenti Samvel Karapetyanın bacısı oğludur.
Xatırladaq ki, Ermənistan parlamenti yaxın günlərdə “Taşir” holdinqinə məxsus olan “Elektrik Şəbəkələri Ermənistan” şirkətinin milliləşdirilməsi üçün qanun layihəsini qəbul etmişdi.
Samvel Karapetyan isə 18 iyun gecəsi Erməni Apostol Kilsəsinə verdiyi dəstəyə görə həbs edilmişdi. Ona qarşı “hakimiyyəti ələ keçirməyə çağırış” maddəsi ilə cinayət işi açılıb və 2 ay müddətinə həbs edilib. O, hazırda “Yerevan-Kentron” təcridxanasında saxlanılır və günahını qəbul etmir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi