Koçaryan: Samvel Karapetyanın həbsi Ermənistanın milli biabırçılığıdır
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan rusiyalı milyarder, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbsi ilə bağlı sərt açıqlama verib. O, bu hadisəni "milli rüsvayçılıq" adlandıraraq vəziyyəti Facebook səhifəsində şərh edib (xatırladaq ki, Meta şirkəti Rusiyada ekstremist elan edilib və fəaliyyəti qadağan olunub).
“Samvel Karapetyanla baş verənlər növbəti biabırçı addımdır — cibə işləyən məhkəmə sisteminin növbəti rüsvayçılığı. Ölkə üçün milli biabırçılıqdır ki, diasporada və Ermənistanda böyük fəaliyyətləri ilə tanınan bir investor və xeyriyyəçini, heç bir əsas olmadan, Ermənistan Apostol Kilsəsini müdafiə etdiyinə görə həbsə atırlar”, – deyə Koçaryan bildirib.
Onun fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu hakimiyyət dəyişikliyidir. Əks halda, Ermənistanın “sürətlə totalitar diktaturaya yuvarlanacağı və bu prosesin dövlətçiliyə ağır nəticələr doğuracağı” qənaətindədir.
Qeyd edək ki, 18 iyun tarixində Yerevan məhkəməsi Samvel Karapetyanın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı “hakimiyyəti ələ keçirməyə açıq çağırışlar” maddəsi üzrə ittiham irəli sürülüb.
Biznesmenin vəkili Liana Qasparyan isə bu ittihamı “absurd” və “əsassız” adlandırıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi