“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı Atbulaq kənd tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ulusum".az-a verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib.
Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən şöbə rəisi gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 19:18
Ekler Resepti
Sağlamlıq
Bu gün, 12:51
“Yeni doğulan körpənin nəcis rəngi nə deməkdir? – Həsənzadə ətraflı izah etdi”
Populyar Xəbərlər
“Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?