PeşəFest" Ağdamda keçirildi – Gənclərə peşə seçimi dəstəyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Peşə öyrən, gələcəyini qur!” devizi altında "PeşəFest" bu dəfə Ağdamda baş tutub.
Ulusum.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Tədbir gənclərin və şagirdlərin peşə seçiminə və karyera istiqamətində doğru addım atmalarına dəstək məqsədi daşıyır.

Festivalda dövlət və özəl sektor təmsilçiləri iştirak edib, peşəkarlar təqdimatlarla çıxış edərək müxtəlif ixtisaslar barədə məlumat veriblər.

Gənclər 14 peşə üzrə maarifləndirici sessiyalarda iştirak edərək, mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı qazanıblar.

“PeşəFest” növbəti ünvanlarda davam edəcək:
1 oktyabr İmişli
3 oktyabr Ağsu
8 oktyabr Ağdaş
11 oktyabr Qəbələ
13 oktyabr Xaçmaz
16 oktyabr Bakı
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
