Əməkdar artist Kübra Əliyeva Cabir İmanovun ölümünə sarsıldı
Əməkdar artist Kübra Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı fikirlərini Qafqazinfo.az-a açıqlamasında bildirib – xəbəri Ulusum.az təqdim edir.
"Cabirin dayısı da infarktdan rəhmətə getmişdi" - Gəncəli aktrisa Kübra Əliyeva "Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir".
O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb:
"Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı... Cabirin dayısı da belə qəfildən, infarktdan rəhmətə getmişdi. Düz, 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki...Çox üzüldüm".
Qeyd edək ki, C.İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.
Xatırladaq ki, K.Əliyeva İmanov qardaşlarının ssenari müəllifi olduğu məşhur "Məhəllə" filmlərində onlarla birgə çalışıb.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
