ABŞ-da təhsil alan azərbaycanlı tələbələrdən vətənpərvər addım 👏
2025-ci ilin aprel ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Berkli Universitetində (UC Berkeley) hüquq üzrə magistr təhsili alan azərbaycanlı tələbələr—Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov—qondarma “erməni soyqırımı”nın anım günü ilə əlaqədar planlaşdırılan film nümayişinin qarşısını almağa nail olublar.

Tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə görüşdə tələbələr, tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını və bu cür tədbirlərin sülh danışıqlarına zərər verə biləcəyini bildiriblər. Müzakirələr nəticəsində, tədbirin təsviri hissəsindəki “arts**h” ifadəsi -“Artsax” (ermənilər tərəfindən Qarabağa verilən qondarma ad) çıxarılıb və direktor müavini tədbirin qondarma hadisələrin anım gününə aid olmadığını bəyan edib.
Bu, Azərbaycanlı tələbələrin etirazından sonra baş verib, çünki bu söz Azərbaycanın ərazi bütövlüyünə zidd olaraq qəbul olunur və qondarma rejimi tanıtmaq məqsədi daşıyır. Tədbir təşkilatçısı bu ifadənin istifadə olunmasının narahatlıq yaratdığını nəzərə alaraq onu mətnindən çıxarıb.
Nəticədə, film nümayişi ləğv edilib. Tələbələr bu addımı ilə Azərbaycanın mövqeyini müdafiə edərək, təhsil aldıqları beynəlxalq mühitdə ölkələrinin maraqlarını qorumağa çalışıblar.
Gənclərin bu addımı təkcə bir uğur deyil, həm də onların vətənpərvərliyini, savadını və cəmiyyətə töhfə vermək əzmini əks etdirən nümunəvi bir davranışdır.

👏"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO