“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb

İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 72 mərkəz, 48 şəhəri əhatə edəcək və şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.
"Ulusum". az xəbər verir ki, seçim mərhələsində iştirak edəcək şagirdlər imtahan mərkəzlərinin tam siyahısı və əlavə məlumatları codehour.edu.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edib. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar.
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək.
Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!