Tullantını hədiyyəyə çevir
22 aprel dünyada Yer Günü kimi qeyd olunur. Bu xüsusi günün məqsədi ekoloji problemlərə diqqət çəkmək, ətraf mühitin qorunmasına çağırmaq və gələcək nəsillər üçün davamlı həyat tərzini təşviq etməkdir.

1970-ci ildən etibarən bütün dünyada milyonlarla insan Yer Günü çərçivəsində ağacəkmə, təmizlik kampaniyaları və maarifləndirmə tədbirlərində iştirak edir.
Bu il “Bizim gücümüz, bizim planetimiz” devizi altında qeyd olunan Yer Gününün əsas hədəfi 2030-cu ilə qədər təmiz enerjini 3 dəfə artırmaq, bərpa olunan enerji və ekoloji davamlılıq üçün birləşməyə çağırışdır.
22 aprel 2025-ci il tarixində, Yer Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xətai rayonunun “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
"Ulusum". az xəbər verir ki, Festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etmək olub.

Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu 3481 litr olan plastik butulka, 1040 litr tutumu olan şüşə butulka və 831 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.

Festivalda həmçinin maarifləndirici master-klaslar təşkil olunub, iştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə ediblər.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, “Paşa Bank” ASC, “AzEkol” MMC və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə həyata keçirilib.

Yer Günü hər il 22 aprel tarixində dünyanın müxtəlif ölkələrində qeyd olunur və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaqdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:51
“Yeni doğulan körpənin nəcis rəngi nə deməkdir? – Həsənzadə ətraflı izah etdi”
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
“Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?