Ziyalılığın və Xidmətin 70 İllik Yolçusu – İlham Pirməmmədov
Qazax elinin zəngin ədəbi və elmi irsi əsrlər boyu bu torpaqda yetişən söz adamları və ziyalıların fəaliyyəti ilə daha da dəyər qazanıb.
Bu müqəddəs diyarda doğulub boya-başa çatan, elmi və pedaqoji fəaliyyəti ilə seçilən ziyalılardan biri də riyaziyyat üzrə elmlər doktoru, professor, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin rektorunun müşaviri, Əməkdar müəllim İlham Pirməmmədovdur.
O, 18 aprel 1955-ci ildə Qazaxda dünyaya göz açıb və həyatını təhsil, elm və ictimai fəaliyyətə həsr edib. Bakı Dövlət Universitetinin “Mexanika” fakültəsini bitirdikdən sonra mühəndislikdən tutmuş, elmi-tədqiqat, pedaqoji və inzibati vəzifələrədək uzanan zəngin bir yol keçib. 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini qazanıb.
Onun 50-dən çox elmi məqaləsi, 5 monoqrafiyası və bir neçə dərs vəsaiti nəşr olunub. Təhsil sahəsindəki misilsiz xidmətlərinə görə “Əməkdar müəllim” və “Qabaqcıl təhsil işçisi” fəxri adları ilə təltif olunub. İlham müəllim uzun illərdir ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri kimi də doğma elinə, el-obasına dayaq olub, saysız-hesabsız sosial layihələrə imza atıb.
70 yaşa qədəm qoyan bu dəyərli ziyalının ömür yolu onun vətənə, xalqa, elmə və insani dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Ona sağlam ömür, yeni uğurlar və mənəvi zənginliklərlə dolu illər arzulayırıq.
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO