“Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib
Aprelin 12-də şəhid analarının fədakarlığına və qəhrəmanlığına həsr olunmuş “Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin təşkilatçısı, Aprel döyüşləri şəhidinin anası Ceyran Həsənova çıxışında həmin döyüşlərin şəhid analarının yaddaşında silinməz iz buraxdığını qeyd edib. O bildirib ki, Azərbaycan heç vaxt müharibə istəməyib, amma öz ərazi bütövlüyünü qorumaq üçün haqq savaşına məcbur olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova şəhid analarına olan dərin ehtiramı ifadə edərək bildirib ki, bu analar da qəhrəmandır. Millət vəkili Aydın Hüseynov isə çıxışında anaların böyütdüyü qəhrəman övladların sayəsində Azərbaycanın şanlı Qələbə qazandığını vurğulayıb.
Tədbirdə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidlərin unudulmayacağını, onların ailələrinin daim cəmiyyətin diqqətində olacağını qeyd ediblər. (azərtac)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO