Latviya Dövlət Sərhəd Mühafizəsinin Rəhbəri Azərbaycanda Səfərdə
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər çərçivəsində, 8 aprel tarixində Azərbaycan və Latviyanın sərhəd mühafizə qurumları arasında görüş keçirilmişdir.
Görüşdə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlığın inkişaf etdiyi vurğulanmış və gələcəkdəki qarşılıqlı səfərlərin bu əlaqələri daha da gücləndirəcəyi qeyd olunmuşdur.
Müzakirə zamanı işğaldan azad edilmiş ərazilərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə infrastrukturun yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilmişdir.
Həmçinin, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Tərəflər, həmçinin, bu məsələlər üzrə təcrübə mübadiləsi və birgə fəaliyyətlərin davam etdirilməsinə razılaşmışlar. Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin müvafiq struktur qurumları ilə də tanış olublar.
Bu əməkdaşlıq, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və regional stabilliyin təmin olunmasında mühüm rol oynayacaq.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO