Azərbaycan dili üçün də səviyyə imtahanı tətbiq olunmalıdır -TƏKLİF
“Son vaxtlar rəsmi sənədlərdə belə dil ilə bağlı çox absurd səhvlərə rast gəlinir”.
“Ulusum”.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.
Onun fikrincə, ingilis və rus dillərində səviyyə ölçən imtahanlar mövcud olduğu halda, Azərbaycan dili üçün də belə bir sistem tətbiq olunmalıdır:
“Dövlət İmtahan Mərkəzinin sədri qeyd etdi ki, yazıçılar Azərbaycan dilindən sertifikasiyadan keçməlidir. Məncə, bu çox yaxşı bir ideyadır. Biz ingilis və rus dillərində hansı səviyyədə olduğumuzu bilirik, çünki bu dillərdən imtahanlar var. Niyə Azərbaycan dili üçün də belə bir sistem tətbiq olunmasın? Bu, həm yerli vətəndaşların, həm də xaricilərin Azərbaycan dili biliklərini qiymətləndirmək baxımından vacibdir.”
Ekspert hesab edir ki, yazıçılarla yanaşı, müxtəlif sahələrdə çalışan şəxslər də Azərbaycan dili səviyyə imtahanında iştirak etməlidir:
“İlk mərhələdə məcburi olmasa da, gələcəkdə bu imtahanlar vacib olmalıdır ki, şəxslərin dil bacarıqları obyektiv şəkildə qiymətləndirilsin. Son vaxtlar hətta rəsmi sənədlərdə belə ciddi dil səhvlərinə rast gəlinir. Dövlət qurumlarında çalışan şəxslərin Azərbaycan dili bilikləri yetərli deyilsə, onlar bu istiqamətdə təlimlərə cəlb olunmalı və imtahandan keçməlidirlər.”
Ekspert həmçinin qeyd edir ki, nəzərdə tutulan imtahanın kimlər tərəfindən keçiriləcəyi barədə ictimaiyyətə məlumat verilməlidir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO