Hegsetin siyasi ambisiyaları Vaşinqtonu qarışdırdı
ABŞ müdafiə naziri Pit Hegset gələn il Tennessi ştatında keçiriləcək qubernator seçkilərində namizədliyini irəli sürməyi nəzərdən keçirir. NBC News-un məlumatına görə, əgər Hegset bu qərarı qəbul edərsə, Pentaqondakı postunu tərk etməli olacaq.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, Hegset son üç həftə ərzində bu məsələni ciddi şəkildə müzakirə edib və seçki kampaniyasına başlamağı planlaşdırıb. Lakin Pentaqonun qaydalarına əsasən, o, qubernatorluğa namizəd olmaq üçün müdafiə naziri postundan istefa verməlidir. Bu da ABŞ Müdafiə Nazirliyində son illərin ən böyük kadr dəyişikliyi olacaq.
Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bu xəbəri təkzib edib və NBC-yə verdiyi açıqlamada bildirib ki, nazir Hegset hələ də prezident Trampın rəhbərliyi altında xidmətə və Müdafiə Nazirliyinin fəaliyyətində “Əvvəlcə Amerika” prinsipinin həyata keçirilməsinə tam diqqət yetirir.
Parnell əlavə edib:
NBC News-un məlumatına görə, əgər Hegset həqiqətən qubernatorluğa namizədliyini irəli sürərsə, prezident Tramp onun vəzifəsini müvəqqəti olaraq ABŞ Quru Qoşunları naziri Daniel Driskolla və ya müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbridj Kolbiyə həvalə edə bilər.
Ulusum.az

“NBC adlı yalançı telekanal yenə də uydurma xəbərlə gündəmə gəlməyə çalışır. Yalnız iki variant var: ya mənbələri saxtadır, ya da jurnalistlərini kimsə aldadıb”.
NBC News-un məlumatına görə, əgər Hegset həqiqətən qubernatorluğa namizədliyini irəli sürərsə, prezident Tramp onun vəzifəsini müvəqqəti olaraq ABŞ Quru Qoşunları naziri Daniel Driskolla və ya müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbridj Kolbiyə həvalə edə bilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO