“1 062 şəhid torpağa tapşırılıb, 5 800 insan isə yaralıdır” — İran rəsmisi faciənin miqyasını açıqladı
İyunda İsrailin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 1 062 nəfərə çatıb. Bu barədə İranın Şəhidlər və Müharibə Veteranları Fondunun rəhbəri Səid Ohadi məlumat verib.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb və rəsmi Tehranı gizli hərbi-nüvə proqramı həyata keçirməkdə ittiham edib. Hava hücumları və diversiya qruplarının reydləri nəticəsində atom obyektləri, generallar, tanınmış nüvə fizikləri və aviabazalar hədəfə alınıb.
İran bu ittihamları rədd edərək öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər. 22 iyun gecəsi ABŞ da İrandakı nüvə obyektlərinə bir dəfəlik zərbə endirməklə qarşıdurmaya qoşulub. Növbəti gün, 23 iyun axşamı Tehran ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd bazasına raket hücumları təşkil edib və bildirib ki, bu, qarşıdurmanın daha da dərinləşməsinin qarşısını almaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp bu hadisədən sonra ümidini ifadə edərək qeyd edib ki, İran Qətərdəki bazaya zərbə endirməklə “buxarını çıxardı” və indi Yaxın Şərqdə sülhə və anlaşmaya yol açmaq mümkündür. O həmçinin bildirib ki, İsrail və İran atəşkəs barədə razılığa gəliblər və bu razılaşma 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu” olacaq.
Ulusum.az
“1 062 iranlının dəfn mərasimi keçirilib. 5 800 nəfər isə xəsarət alıb”, — deyə Ohadinin sözlərini İranın Tasnim agentliyi yayıb.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb və rəsmi Tehranı gizli hərbi-nüvə proqramı həyata keçirməkdə ittiham edib. Hava hücumları və diversiya qruplarının reydləri nəticəsində atom obyektləri, generallar, tanınmış nüvə fizikləri və aviabazalar hədəfə alınıb.
İran bu ittihamları rədd edərək öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər. 22 iyun gecəsi ABŞ da İrandakı nüvə obyektlərinə bir dəfəlik zərbə endirməklə qarşıdurmaya qoşulub. Növbəti gün, 23 iyun axşamı Tehran ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd bazasına raket hücumları təşkil edib və bildirib ki, bu, qarşıdurmanın daha da dərinləşməsinin qarşısını almaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp bu hadisədən sonra ümidini ifadə edərək qeyd edib ki, İran Qətərdəki bazaya zərbə endirməklə “buxarını çıxardı” və indi Yaxın Şərqdə sülhə və anlaşmaya yol açmaq mümkündür. O həmçinin bildirib ki, İsrail və İran atəşkəs barədə razılığa gəliblər və bu razılaşma 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu” olacaq.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Şouya deyil, ədalətə ehtiyac var
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN