Saatlıda I Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edildi
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovun meyitinin qalıqları Saatlı şəhərinə gətirilib. 32 ildən sonra doğma yurda gətirilən şəhidlə vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn üçün Saatlı qəbirstanlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Namiq Cəfərov torpağa tapşırılıb. Qeyd edək ki, Cəfərov Namiq Balaxan oğlu 1973-ci ildə Saatlı şəhərində dünyaya göz açıb. Vətənin dar günündə isə könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci ildə Ağdərə rayonu ərazisində gedən döyüşlər zamanı Namiq şəhid olub və Tərtər şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub.
Eltun Məmmədov
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
