Ərdoğan: Qəzza torpaqları əbədi olaraq fələstinlilərə məxsusdur!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. O, Qəzzada yaşanan fəlakətli vəziyyətə diqqət çəkib.
Ərdoğan qeyd edib ki, daha çox qan tökülməsi, uşaqların qətlə yetirilməsi, insanların aclıq, susuzluq və dərmansız qalması siyasəti heç bir nəticə verməyəcək.
"Şərqi Qüds və İordan çayının qərb sahili kimi, Qəzza da fələstinlilərə aiddir. Qəzzalı fələstinlilər doğulduqları torpaqlarda əbədi yaşayacaqlar," – deyə prezident bildirib.
Pakistan və Hindistan arasındakı gərginlik mövzusuna toxunan Ərdoğan, məsələnin diplomatik yollarla həll olunacağına ümid etdiyini vurğulayıb: "Türkiyə, qardaş Pakistan xalqına güclü dəstəyini bir daha təsdiqləyir."
O əlavə edib: "Ümid edirik ki, Pakistan və Hindistan arasındakı gərginlik daha ciddi bir mərhələyə keçmədən tezliklə azaldılacaq."
Ərdoğan, həmçinin Türkiyə və türk xalqı adından Bəndər-Abbas limanında baş verən partlayış nəticəsində həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
“Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib – FOTOLAR
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi