Tramp suyun təzyiqini "yenidən həcmli edir"
ABŞ-ın prezidenti Donald Tramp yenidən gündəmdədir — bu dəfə kran və duş başlıqları ilə! Ağ Evin verdiyi məlumata görə, Tramp su təzyiqinə qoyulan məhdudiyyətləri ləğv edən yeni fərmanı imzalayıb. Fərmanın adı da özü kimi iddialıdır: “Amerikanın ruhunu yenidən böyük edəcək.”
Tramp qərarını belə izah edib:
"Biz bu mənasız məhdudiyyətlərdən qurtulacağıq. Bizdə su boldu! O qədər su var ki, artıq nə edəcəklərini bilmirlər. Amma insanlar ev alırlar, kranı açırlar — su güclə axır. Duşa girirlər — elə bil damcı-damcı gəlir. Bu, sadəcə axmaqlıqdır!"
“Reuters”in yazdığına görə, Tramp fərmanı imzalayarkən zarafat etməyi də unutmamış:
"Mən özüm də yaxşı təzyiqlə duş qəbul etməyi xoşlayıram. İndi isə saçların islanması üçün adam 15 dəqiqə gözləməlidir!"
Daha sonra isə məşhur saçlarına işarə edərək əlavə edib:
"Mənə gəldikdə isə, bu gözəl saçlara qulluq etmək üçün dərin və güclü bir duş lazımdır."
Qeyd edək ki, su təzyiqinə bu məhdudiyyətlər ilk dəfə Prezident Barak Obamanın dövründə tətbiq olunmuşdu — məqsəd isə sadəydi: su və enerji sərfiyyatına qənaət. O vaxtdan bəri ABŞ-da istehsal edilən duş başlıqları dəqiqədə maksimum 9.5 litr su buraxa bilirdi.
Maraqlı təsadüf budur ki, 2024-cü ilin oktyabrında, yəni bu fərmanın ildönümünə yaxın bir vaxtda, Nyu-York meri Erik Adams şəhər sakinlərinə videomüraciətlə çağırış etdi:
"Zəhmət olmasa, suya qənaət edin. Şəhərimiz bu ilin ən quraq aylarından birini yaşayır."
Belə görünür ki, bir tərəfdə “bol su, bol təzyiq” deyən Tramp, digər tərəfdə isə “ehtiyatlı olun, quraqlıq var” deyən Adams — su mövzusu Amerikada təkcə borularla deyil, siyasətlə də sıx bağlıdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO