İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılıb
İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişiklik təklif olunur.
“Ulusum”.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan, yaxud təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimələnir.
Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyənləşdirilmiş müddətdə təqdim olunmamasına görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
23-01-2026, 13:30
Uzunömürlülüyün sirri nədir?
Sağlamlıq
23-01-2026, 10:00
Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO