Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan məhkəmənin sədri Elxan Süleymanov çıxışında bu əlamətdar günün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamına əsasən hər il qeyd olunmasını bildirmiş, bununla əlaqədar kollektivin dövlət qulluqçusu statusunda olan əməkdaşlarını peşə günü münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi istiqamətində bundan sonra da səylə çalışmağı tövsiyyə edərək, bu çətin, eyni zamanda şərəfli yolda uğurlar arzulamışdır. Məhkəmədə böyük məsləhətçi vəzifəsində işləyən Şahin Hüccətov dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri mövzusunda çıxış edərək, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi istiqamətində görülən tədbirlərdən bəhs etmiş, ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçuları barədə dediyi fikrin hər bir məsul şəxsdə işıqlı yol formalaşdırdığını vurğulamış, çıxışını məhz həmin fikirlərlə yekunlaşdırmışdır.
“Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Tədbirin sonunda məhkəmənin dövlət qulluğu statusunda olan bir qism əməkdaşına göstərdikləri səmərəli fəaliyyətlə bağlı təşəkkür elan edilmişdir.
Eltun Məmmədov

“Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Tədbirin sonunda məhkəmənin dövlət qulluğu statusunda olan bir qism əməkdaşına göstərdikləri səmərəli fəaliyyətlə bağlı təşəkkür elan edilmişdir.
Eltun Məmmədov


Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
