Mədəniyyət və Medianın Kəsişməsi: Şəfəq Mehrəliyeva ilə Müzakirə

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yayımlanan "Danışır Mədəniyyət!" verilişinin bu dəfəki buraxılışı “Mədəniyyət məsələlərinin düzgün kommunikasiyası” mövzusuna həsr olunub.
Verilişin qonağı ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü və təcrübəli jurnalist Şəfəq Mehrəliyevadır.
Şəfəq xanım Azərbaycanın ilk və ən qədim xəbər agentliyi olan AZƏRTAC-ı uzun müddət ABŞ-da təmsil edib və jurnalistikada güclü analitik baxışı ilə seçilir. Verilişdə əsas müzakirə mövzusu mediada mədəniyyətin rolu və onun düzgün təqdimatıdır.
Mehrəliyeva qeyd edib ki, mədəniyyətin effektiv şəkildə çatdırılması üçün ilk növbədə mesajın məzmunu və məqsədi dəqiq müəyyənləşdirilməlidir. Daha sonra, bu mesajın hədəf auditoriyası və istifadə olunacaq platformalar seçilməlidir. Məsələn, gənc auditoriyaya çatmaq üçün TikTok və Instagram kimi sosial media platformaları daha effektiv vasitələrdir.
Onun fikrincə, media çox vaxt “headline” (başlıq) və “deadline” (vaxt məhdudiyyəti) prinsipi ilə işlədiyindən, mədəniyyətə geniş yer ayırmaq çətinləşə bilər. Lakin bu sahəyə diqqət yetirilməlidir, çünki mədəniyyət xalqın xoşbəxtliyinin əsas sütunlarından biridir.
BMT-nin son yanaşmasına əsasən, ölkələrin inkişafı artıq yalnız ÜDM (Ümumi Daxili Məhsul) ilə deyil, ümummilli xoşbəxtlik indeksi ilə ölçülür. Bu indeks dörd əsas sütun üzərində qurulub:
1. Cəmiyyətin dayanıqlı və ədalətli sosial-iqtisadi inkişafı;
2. Ətraf mühitin qorunması;
3. Ədalətli idarəetmə;
4. Mədəniyyətin qorunması və təşviqi.
Şəfəq Mehrəliyevanın sözlərinə görə, mədəni-milli kimlik insanın özünü tanımasının əsas təməlidir. “Əgər siz ‘Mən kiməm?’ sualına cavab verə bilmirsinizsə, deməli xoşbəxtliyinizin əsasını tapa bilməmisiniz,” – deyə o bildirib. Məhz bu səbəbdən mədəniyyətin düzgün kommunikasiyası və onun mediada geniş işıqlandırılması zəruridir.
✍ R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Bu gün, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Bu gün, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?