Qurban bayramı yaxınlaşır: AQTA kəsim və satış yerlərinə nəzarəti gücləndirir
İyunun 6-7-də qeyd olunacaq Qurban bayramı öncəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə heyvan satışı və kəsimi məntəqələrində monitorinqlərə başlayıb.
🔍 Nəzarət tədbirləri baytarlıq-sanitariya və gigiyena normalarına uyğunluğun yoxlanması məqsədi daşıyır. Monitorinqlərin nəticələrinə əsasən, rəsmi təsdiqlənmiş qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısı yaxın günlərdə AQTA-nın saytında (afsa.gov.az) paylaşılacaq.
📢 Agentlik vətəndaşlara çağırış edir:
Kəsimlər yalnız rəsmi, sanitariya tələblərinə cavab verən yerlərdə həyata keçirilməlidir.
Küçə, yol kənarı, məhəllələrdə və s. nəzarətsiz şəraitdə heyvan kəsimi və satışı yolverilməzdir.
Baytarlıq arayışı olmayan heyvanların daşınması da qanunsuz sayılır.
📞 Əgər bayram günlərində antisanitar şəraitdə heyvan satışı və ya şübhəli hallarla qarşılaşsanız, dərhal “1003 – Çağrı Mərkəzi”, yerli icra orqanları və ya hüquq-mühafizə orqanlarına məlumat verməyiniz tövsiyə olunur.
💡 Qurban ibadətidir – gəlin həm dini, həm də qanuni qaydalara uyğun şəkildə icra edək.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq