İran: Azərbaycan səfirliyi hücumçusuna hökm təsdiqlənib
İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxsi cəzalandırmağa hazır olduğunu açıqlayıb.
Bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir "IRNA"ya bildirib.
O qeyd edib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsə qarşı çıxarılan hökmün icrası üçün bütün hüquqi prosedurlar tamamlanıb və hazır vəziyyətə gətirilib.
“Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib”, - Əsgər Cahangir deyib.
O əlavə edib ki, səfirliyə hücum törədən şəxsə qarşı çıxarılan edam hökmünün icrası üçün bütün hazırlıqlar tamamlanıb və fərdi qərar verilib: “Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər”.
Sözçü vurğulayıb ki, yuxarıda qeyd olunan hökmlə bağlı hüquqi və məhkəmə prosesi başa çatıb və icra üçün hər hansı əlavə hüquqi maneə qalmayıb. (apa)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq