Vilayət Eyvazov: Cinayətkarlığa qarşı mübarizə gücləndiriləcək
Aprelin 25-də Daxili İşlər Nazirliyində 2025-ci ilin birinci rübündə görülən işlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclası açan nazir, general-polkovnik Vilayət Eyvazov rüb ərzində həyata keçirilən tədbirlərin nəticələrini diqqətə çatdırıb.
Bildirilib ki, qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 12,3 faiz azalıb.
Ağır və xüsusilə ağır cinayətlərdə də nəzərəçarpacaq azalma müşahidə olunub.
Cinayətkarlığa qarşı mübarizə çərçivəsində 1,6 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin, 2.309 odlu silah aşkar edilərək müsadirə olunub.
İstintaq və təhqiqat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində konkret tapşırıqlar verilib.
Nazir saxlanılan şəxslərin hüquqlarının qorunmasının vacibliyini xüsusi vurğulayıb.
O, ərizə və şikayətlərin obyektiv və həssas araşdırılmasına önəm verildiyini qeyd edib.
“E-Polis” mobil tətbiqi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
İnformasiya texnologiyaları vasitəsilə cinayətkarlıqla mübarizənin gücləndirilməsi zərurəti vurğulanıb.
Yol hərəkəti təhlükəsizliyinin artırılması və qanunsuz parklanmaların qarşısının alınması da əsas mövzulardan biri olub.
Kollegiya iclasına yekun vuraraq, nazir əldə olunan nəticələrin inkişaf etdirilməsi və nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO