Bu gün, 17:00 0 Texnologiya

Apple Çində problem yaşadı: iPhone Air üçün icazə yoxdur

Apple Çində problem yaşadı: iPhone Air üçün icazə yoxdur
Apple korporasiyası Çində iPhone Air modelinin satışına icazə əldə edə bilməyib. Bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Amerikalı şirkət ultranazik iPhone Air modelinin satışını təxirə salmalı olub. Bununla belə, iPhone 17 seriyasının digər modelləri 19 sentyabrdan etibarən həm Çində, həm də bütün dünyada satışa çıxarılacaq.

Gecikmənin səbəbi eSIM texnologiyası ilə bağlı yerli tənzimləyicidən icazə alınmasının zəruriliyi göstərilir. iPhone Air modelində adi SIM kart yuvası yoxdur və yalnız virtual eSIM ilə işləyir.

Çində isə eSIM-lə işləyən avadanlıqların istifadəyə verilməsi üçün xüsusi icazə tələb olunur. Əvvəllər Apple bölgədə yalnız bu lisenziyaya malik olan China Unicom operatoru ilə əməkdaşlıq edirdi. Lakin 2025-ci ildən şirkət həm də China Mobile və China Telecom ilə işləməyə başlayıb. Bu operatorlarda müvafiq lisenziyanın olmadığı güman edilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: