Süni intellektdən ən çox təsirlənən peşələr açıqlandı – siyahıda kimlər var?
Microsoft 40 peşəni əhatə edən tədqiqat nəticələrini təqdim edib. Məqsəd bu peşələrin generativ süni intellektin (Sİ) təsirinə nə dərəcədə açıq olduğunu müəyyənləşdirməkdir.
Microsoft Research analitiklərinin məlumatına görə, Sİ-nin təsirinə ən çox məruz qalan peşələr bunlardır: tərcüməçilər, yazıçılar, tarixçilər, müştəri xidmətləri əməkdaşları, bələdçilər və stüardlar, satıcılar, CNC proqramçılar, telefon operatorları, kassirlər, eləcə də radio aparıcılar və DJ-lər.
Tədqiqatda qeyd edilir ki, bu sahələrdə Sİ-nin tətbiqi artıq aktiv şəkildə gedir. Amma bu, mütəxəssislərin işdən çıxarılacağı anlamına gəlmir. Əksinə, insan və texnologiya arasında əməkdaşlıq dərinləşir və Sİ daha çox məhsuldarlıq üçün vasitəyə çevrilir.
Ekspertlər vurğulayır ki, Sİ mətn hazırlamaq, araşdırma aparmaq və ünsiyyət qurmaq kimi tapşırıqları yerinə yetirə bilər, lakin insanı tam əvəzləmək imkanları məhduddur.
Eyni zamanda, Microsoft ən az avtomatlaşdırma riski olan peşələri də müəyyən edib. Fiziki əmək tələb edən işlər – avadanlıq operatorları, əllə işləyən ustalar, tibb personalı və masajçılar – bu baxımdan Sİ-yə qarşı daha davamlıdır. Çünki bu sahələr toxunma və motor bacarıqları tələb edir – bunlar isə hələlik Sİ üçün əlçatmazdır.
Qeyd edək ki, Microsoft-un Copilot adlı süni intellekt köməkçisi artıq həm Windows sisteminə, həm də Edge brauzerinə inteqrasiya olunub. Şirkətin Azure bulud platformasında isə ChatGPT, DALL-E və Grok kimi qabaqcıl generativ modellər fəaliyyət göstərir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO