Bu gün, 10:00 0 Cəmiyyət / Gündəm

Zəfər – Qanla Yazılan Şərəf Tarixi

Zəfər – Qanla Yazılan Şərəf Tarixi
8 Noyabr – Zəfər Günü. Bu gün yalnız bir tarix deyil, Azərbaycan xalqının qüruru, şəhidlərimizin qanı ilə yazılmış şərəf salnaməsidir.
Qələbəmiz əbədi, Zəfərimiz uca olsun!

Zəfər... Bu sözün arxasında təkcə qazanılmış döyüş yox, xalqın qeyrəti, mübarizəsi və fədakarlığı dayanır



Bu, canından keçən şəhidlərin, döyüş meydanında sinəsini qabağa verən igidlərin, səngərdə sabaha ümid edən əsgərlərin yazdığı bir tarixdir. Bu, Azərbaycan xalqının haqq səsinə çevrilmiş qürur dastanıdır.

Azərbaycan illərlə haqsızlığa, işğala və ağrıya məruz qalsa da, əzilmədi, sınmadı, geri çəkilmədi. Vətən torpağı uğrunda bir millət birləşdi, “ölüm varsa da, Vətən üçündür” deyə meydanlara çıxdı.

Bu gün biz Zəfərdən danışırıqsa, bu, Ümummilli lider Heydər Əliyevin qoyduğu möhkəm təməlin, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sarsılmaz iradəsinin, və ən əsası, xalqın bir yumruq kimi birləşərək öz torpağını azad etməsinin nəticəsidir.

44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı. Şuşa fatehləri, dağları, dərələri keçərək hər qarışı düşməndən təmizlədilər. Bu, təkcə torpağın yox, milli ruhun azadlığı idi.
Zəfər – bizə şəhidlərimizin mirasıdır. Onların qanı ilə suvarılan torpaqda bu gün üçrəngli bayrağımız dalğalanır.

Hər şəhidin adı bizim qəlbimizdə yazılıb. Onlar təkcə qəhrəman deyil, millətin ucalıq rəmzidir


Valideynlərini, övladlarını Vətənə qurban verən ailələrin qarşısında baş əyirik. Onların gücü, dözümü, mərdliyi bu zəfərin görünməyən, amma əsas dayağıdır.

Bu gün bir xalq olaraq deyirik: Biz qələbəyə layiqik. Biz mübariz, qürurlu və yenilməz xalqıq!



Qoy Zəfərimiz əbədi,
Bayrağımız uca,
Şəhidlərimizin ruhu rahat olsun!

Yaşasın Azərbaycan!
Yaşasın Zəfərimiz!
Qarabağ Azərbaycandır!

Ulusum.az / Fuad Cogitabad

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.