Maykl Ceksonun bir cüt corabı 6 min avroya satıldı

Fransada pop musiqisinin əfsanəsi Maykl Ceksonun 1997-ci ildəki konsertində geyindiyi bir cüt corab €6,2 minə (təxminən 589 min rubl) satılıb. Bu barədə Le Figaro qəzeti məlumat yayıb.
Nim şəhərində keçirilən hərracda nümayiş etdirilən və kristallarla bəzədilmiş corab, Ceksonun "Beat It" və "Billie Jean" hitlərini ifa edərkən geyindiyi ikonik geyimlərdən biridir. Hərracdan əvvəl bu unikal əşya €3–4 min arasında dəyərləndirilmişdi.
Corabla birlikdə təqdim edilən sənədə əsasən, bu əşya konsertdən sonra texniki heyətin bir üzvü tərəfindən tapılıb və illərlə şəxsi kolleksiyada saxlanılıb.
Qeyd edək ki, bu corab daha əvvəl, iyulun 21-də satışa çıxarılmışdı, lakin zəif tanıtım səbəbindən alıcı tapılmamışdı. Bu dəfə isə corab xüsusi çərçivəyə yerləşdirilərək təqdim olunub və pop kralının xatirə əşyalarına maraq göstərən kolleksiyaçılar arasında böyük maraq doğurub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq