Hollivud ulduzu Maykl Madsen vəfat etdi

Amerikalı məşhur aktyor Maykl Madsen həyatını itirib. Aktyor Los-Ancelesdəki evində ölü halda tapılıb. Onun meneceri Ron Smitin verdiyi məlumata görə, Madsen infarkt nəticəsində dünyasını dəyişib.
Hollivudun tanınmış simalarından biri olan Madsen karyerası ərzində bir çox önəmli filmlərdə rol alıb. Xüsusilə rejissor Kventin Tarantinonun filmlərindəki çıxışları ilə geniş pərəstişkar kütləsi qazanıb. O, əsasən sərt və karizmatik rolları ilə yadda qalıb.
Madsen, Tarantinonun 1992-ci ildə çəkdiyi “Rezervuar İtləri” filmindəki sadist qatıl – cənab Blonde obrazı ilə şöhrət qazanıb.
Aktyor eyni zamanda "Beer, Blood, and Ashes", "Eat the Worm" və "Burning in Paradise" adlı üç şeir kitabının müəllifidir.
Maykl Madsen karyerası boyunca 170-dən çox filmdə, əsasən müstəqil və kiçik rollarda çıxış edib.
Onun oynadığı unudulmaz filmlərdən bəziləri:
The Doors (1991), Thelma və Luiza (1991), Qaçış (1994), Kurtlar Şəhəri (1996), Donni Brasko (1997), Tür II (1998), Başqa bir ölüm günü (2002), Kill Bill: Vol. 1 (2003), Kill Bill: Vol. 2 (2004), Günahlar şəhəri (2005), Cəhənnəm Sürüşü (2008), Azad Villi (1993) və davamı Azad Villi 2 (1995).
Madsenin son böyük rolu 2012-ci ildə tamamlanan “Günahlar şəhəri 2” filmində olub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 17:30
Almaniyada jurnaldan Putinə “müsbət işarə”
Dünya
Dünən, 16:30
Argentina prezidentinə hücum edən şəxs tutuldu
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
“Yüksək gəlir” vədi ilə aldatma: Temu adı altında fırıldaq
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır