XİN bəyanat yaydı

"BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq".
“Ulusum”.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, İşçi Qrupu öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib. Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub:
"Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupunun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.
Eyni zamanda, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın "təqsirsizlik prezumpsiyasını" qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib. Belə ki, guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrupu bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib.
Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrupu qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:00
Makron Rusiyadan daha böyük "təhlükəmi" yaradıb?
Maraqlı
Bu gün, 16:30
Britaniyalı "Nostradamus"un Şok Proqnozu Gerçəkləşdi
Maraqlı
Bu gün, 16:00
Dünya üzərində “Qanlı Ay” "görüldü
Maraqlı
Bu gün, 15:30
Bəlkə "fikir qarışdırıcı"nı söndürək?
Siyasət
Bu gün, 15:16
Rusiya Ukraynada döyüşləri dayandıracaqmı?
Cəmiyyət
Bu gün, 14:56
Sabahın havası
Siyasət
Bu gün, 14:30
Azərbaycana hərbi attaşe təyin edildi
Hadisə
Bu gün, 14:11
DİN və Penitensiar Xidməti əməliyyat keçirdi
Dünya
Bu gün, 14:00
Dünyanı "nüvə münaqişəsinə" sürükləyən kimdir?
Siyasət
Bu gün, 13:30
Madat Babayanın silahlı dəstə ittihamları açıqlandı
Populyar Xəbərlər
Rabat şəhərində Azərbaycan səfirliyinin təşkil etdiyi iftar süfrəsinin - VİDEOSU
Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu