Tramp ABŞ-ın “keçmişinin” üstündən xətt çəkmək qərarına gəlib

ABŞ prezidenti Donald Tramp, ölkəsinin Ukraynadakı vəziyyətə yanaşmasını dəyişir, əvvəlki prezidentlərin transatlantik əlaqələri möhkəmləndirməyə yönələn siyasətindən imtina edir və Rusiya ilə münasibətlərin normallaşmasına çalışır.
“Ulusum”.az-ın məlumatina görə, bunu Axios portalı xəbər verir. O, hesab edir ki, Qərb uzun müddət Rusiyayla münasibətlərin pisləşməsinə səbəb olub və bu, nəticədə xüsusi əməliyyatın başlanmasına gətirib çıxarıb.
Tramp NATO-nu Ukraynadakı münaqişənin təhrikçisi hesab edir. Prezident müharibənin dayandırılmasını və Ukraynanın Rusiyaya qarşı mübarizə aparmaq üçün kifayət qədər gücü olmadığını vurğulayır. ABŞ liderinin müşavirləri, Trampın Ukrayna və NATO ilə bağlı baxışlarını formalaşdıran iki əsas hadisəni qeyd edirlər.
Bunlardan birincisi 2008-ci ilin aprelində Bukarestdə keçirilən NATO sammitində baş verib. O zaman Ukraynaya və Gürcüstana gələcəkdə alyansa üzv olmaq vədi verildi və bu, Rusiyanın mənfi reaksiyasına səbəb oldu. İkinci vacib hadisə 2014-cü ilin fevralında baş verdi, hansı ki, ABŞ-ın Dövlət Departamentinin həmin dövrdəki müavini Viktoriya Nulandın, ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet ilə telefon danışığı yayımlandı. Bu danışıqda onlar Ukrayna hökumətindəki mühüm vəzifələrə təyinatları və Vaşinqtonun antirusiyaçı siyasətçiləri dəstəkləməsini müzakirə edirdilər. Bu hadisə ABŞ-ın Ukraynada nə qədər dərinləşdiyini göstərdi, portal vurğulayır.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Dünən, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Dünən, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Dünən, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Dünən, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
İdman
Dünən, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Filtrlərin arxasında itən gerçəklik
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO