Məzuniyyət qaydalarında yenilik
Məzuniyyət qaydalarında dəyişiklik: Orta əmək haqqı yeni qaydalarla hesablanacaq. Yəni Son iki ayda maaş daha yüksək olubsa, ödəniş həmin məbləğlə veriləcək.
Təklif edilən dəyişikliklərə əsasən, işçilərin məzuniyyətə çıxarkən alacaqları əməkhaqqı onların ortalama əməkhaqqısına uyğunlaşdırılacaq.
Ulusum.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuat Heydərov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, işçinin iradəsindən asılı olmayan səbəblərlə — məsələn, məhsul çatışmazlığı, işin dayanması və ya digər əsaslı səbəblərlə yaranan fasilələr — orta əməkhaqqının hesablanmasına mənfi təsir etməyəcək. Yəni bu dövrlər boşdayanma kimi qeydə alınsa da, gələcəkdə orta əməkhaqqı aşağı düşməyəcək.
Hazırda orta əməkhaqqı son iki ayın göstəricilərinə əsasən hesablanır. Yeni layihəyə görə, əgər bu müddətdə maaş süni şəkildə azalıbsa, həmin azalma məzuniyyət puluna da təsir etməyəcək. Məqsəd – işçilərin sosial hüquqlarını qorumaqdır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi