Tanınmış şəxslər Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər
Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloger və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Ulusum.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumuat yayıb.
Onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək, söhbət edib, habelə müəssisənin şəraiti ilə yaxından tanış olublar.
Uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi