Bu gün, 11:12 0 Cəmiyyət / Gündəm

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ
Avropanın Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “Green Economy Financing Facility” (Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Mexanizmi) adlı yeni proqramın həyata keçirilməsini təsdiqləyib.

Ulusum.az-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Beş il davam edəcək təşəbbüsün dəyəri 85,6 milyon avro təşkil edir və ölkə üçün pilot layihə olacaq.

Proqram çərçivəsində “yaşıl” maliyyələşdirmə mexanizmləri yerli tərəfdaş banklar, mikromaliyyə qurumları və lizinq şirkətləri vasitəsilə həyata keçiriləcək. Vəsaitlər özəl sektorun enerji səmərəliliyi, bərpa olunan enerji, resursların daha səmərəli istifadəsi, dövriyyə iqtisadiyyatının inkişafı və iqlim dayanıqlığının artırılması kimi sahələrdəki layihələrinə yönəldiləcək. Dəstəkdən kiçik və orta biznes, iri korporativ şirkətlər və hətta ev təsərrüfatları da yararlana biləcək.

Pproqramın məqsədi həm ekoloji standartların gücləndirilməsi, həm də yerli maliyyə institutlarının “yaşıl” layihələrin maliyyələşdirilməsi üzrə imkanlarını genişləndirməkdir.

Azərbaycan AYİB-ə 1992-ci ildən üzvdür. Bank 30 sentyabr 2025-ci il tarixinə qədər ölkədə ümumilikdə 3,66 milyard avro həcmində investisiya həyata keçirib. Hazırda AYİB-in Azərbaycandakı aktiv portfeli təxminən 1 milyard avro dəyərindədir və 35 layihəni əhatə edir.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.