Bu Dünyadan Bir Heydər Əliyev Keçdi
Zaman bəzən unudulmaq deməkdir; amma elə insanlar var ki, onların adını çəkəndə “keçmiş zaman” işlətmək belə insana yad gəlir.
https://globalbakis.com
Ulu Öndər Heydər Əliyev də məhz həmin nadir şəxsiyyətlərdəndir. Ölümündən 22 il keçsə də, o, hələ də yaddaşlarda ucalan bir obraz, açdığı yolun bu gün də işıq verən izidir.
Bəzi liderlər yalnız vəzifələri ilə xatırlanar, bəziləri gördüyü işlərlə… Amma Heydər Əliyev həm gördüyü işlərlə, həm də türk dünyasına uzanan böyük dövlətçilik mirası ilə yaşayır.
Onu anlamaq, Azərbaycan xalqının XX əsrdə keçdiyi çətin yolu anlamaqdan keçir. Əliyev təkcə siyasətçi deyildi; xalqının ən ağır günlərində meydana çıxmış, dövlətin yenidən nəfəs almasına şərait yaratmış bir memar idi. Sovet sisteminin sərt çərçivələri içində belə Azərbaycan düşüncəsini formalaşdıran, sakit və strateji qərarlarla yüksəlməyi bacaran azsaylı liderlərdən olmuşdu. Dövlət qurmaq dəqiqlik və iradə tələb edir. Onun ən parlaq olduğu sahə də məhz bu idi.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan dərin qeyri-müəyyənliyə sürüklənəndə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi sadəcə siyasi dönüş olmadı; o, bütöv bir millətə istiqamət verdi.
Bu gün “Azərbaycan dövləti” dediyimiz möhkəm təməllər onun imzası ilə atıldı: neft strategiyası, balanslı xarici siyasət, diasporun təşkili, dövlət idarəçiliyinin institusional quruluşu — bunların hər birində onun zəhməti var.
Ən önəmlisi isə odur ki, o, yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük bir körpü saldı. “Bir millət, iki dövlət” kəlamı sadəcə siyasi cümlə deyildi — bu, tarixə, kökə, yaddaşa söykənən bir çağırış idi və bu gün türk birliyinin əsas dayaqlarından biridir.
Bəli, siyasətdə tənqid həmişə var. Amma heç kim inkar edə bilməz ki, Heydər Əliyev Azərbaycanı dağılmaq təhlükəsindən çıxarıb güclü dövlətə çevirdi.
Bu gün Bakının işıqları, inkişaf edən iqtisadiyyat, beynəlxalq arenada artan nüfuz, Qarabağa aparan zəfər yolu — bütün bunların başlanğıcında onun qurduğu dövlətçilik fəlsəfəsi dayanır. Bəziləri gələcəyi görür, bəziləri isə gələcəyi qurur. Əliyev məhz gələcəyi quran lider idi.
Bir lideri, bir zəkânı, bir mirası xatırlayırıq. Bəzi insanlar arxasında iz qoyub gedir… O isə arxasında bütöv bir millət qoyub getdi.
O, arxasında yalnız iz qoymadı
arxasında bütöv bir millət qoyub getdi.
Ölümünün 22-ci ilində biz onu sadəcə anmırıq —
onun böyük zəkasına, millətə qoyduğu mirasa ehtiram göstəririk.
Çünki bəzi insanlar dünyadan köçsə də, onların nəfəsi millətin damarlarında axmağa davam edir.
Bu gün türk dünyası adından redaksiyamıza ünvanlanan bu səmimi müraciəti bizimlə bölüşən Hakan Dikmənə təşəkkür edirik. Biz də bir millət, iki dövlət olaraq Azərbaycanın adından dərin minnətdarlığımızı bildirir və Ulu Öndəri böyük sayğı ilə anırıq.
Ulusum.az
https://globalbakis.com QlobalBakış / Hakan Dikmen[/b]
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
Meksikada partlayış: Ölən və yaralananlar var
Hindistanda gecə klubunda yanğın - Ölənlər Var
Ulu Öndəri Uşaqlıq Xatirəmlə Anıram
Özbəkistanda turizmdən gəlirlər rekord həddə çatıb
Marakeş Coffee & Tea Festival 2025 – Unudulmaz Təcrübə VİDEO
