Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
"Ulusum.az" xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğuladı.
Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini dedi.
Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdşlığın həyata keçirildiyini qeyd etdi. Azərbaycanın yaşıl enerji imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirdi.
Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu dedi.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səylər göstərdiyini vurğuladı.
Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirdi.
Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlət başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu bildirildi.
------------------------------------

"Ulusum.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
17-05-2024, 04:00
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
5-11-2024, 16:49
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb