24-05-2025, 13:00 0 Siyasət

“Apple” Trampın Hədəfində

“Apple” Trampın Hədəfində
ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinə xəbərdarlıq edib.

O bildirib ki, “Apple” şirkəti “iPhone” telefonlarını ABŞ-də istehsal etməlidir. Tramp bu barədə sosial media hesabında açıqlama verib. “Apple” şirkətinin rəhbəri Tim Kuk ilə danışdığını ifadə edən Tramp, tələbini bəyan edib. O, “Mən ona bildirmişəm ki, “iPhone”ların ABŞ-də istehsal ediləcəyini gözləyirəm, Hindistanda və ya başqa bir ölkədə deyil, Amerikada istehsal olunacaq” – deyə bildirib.

Tramp bəyan edib ki, “iPhone” ABŞ-də istehsal edilməsə, şirkətə 25 faiz vergi tətbiq ediləcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: