Kişilərdə süd vəzi xərçəngi: Az rast gəlinir, amma həyati təhlükə daşıyır
 
        Süd vəzi xərçəngi əsasən qadınlarla əlaqələndirilsə də, kişilərdə də görülə bilən ciddi bir sağlamlıq problemidir.
Hər 100 süd vəzi xərçəngi halından biri kişilərdə rast gəlinir. Lakin çox zaman məlumat azlığı səbəbilə xəstəlik gec diaqnoz edilir.
ABŞ-da hər il təxminən 1.500 kişiyə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu, ümumi halların 1%-dən azını təşkil edir. Lakin mütəxəssislər vaxtında diaqnoz və düzgün müalicə ilə bu xəstəliyin nəzarət altına alınmasının mümkün olduğunu bildirirlər.
Harvard Universitetindən onkoloq Prof. Dr. Judy Garber və İngiltərə Xərçəng Araşdırma Mərkəzindən Prof. Dr. Ian Fentiman kişilərdə süd vəzi xərçənginin səbəbləri, əlamətləri və müalicə üsullarını diqqətə çatdırıblar.
Kişilərdə süd vəzi xərçənginin səbəbləri:
Kişilərdə süd vəzi xərçəngi süd vəzisindəki hüceyrələrin nəzarətsiz şəkildə çoxalması ilə yaranır. Kişilərdə süd vəzi toxuması daha az olsa da, burada da xərçəng inkişaf edə bilər.
Əsas risk faktorları:
Genetik meyillilik: BRCA1 və BRCA2 gen mutasiyaları riski artırır. Ailəsində süd vəzi xərçəngi olan kişilərdə risk 2-3 dəfə çoxdur. BRCA2 mutasiyasını daşıyan kişilərdə risk 80 qat arta bilər.
Hormon pozğunluğu: Östrojenin artması (qaraciyər xəstəlikləri, hormon müalicələri və s.) riski yüksəldir.
Həyat tərzi: Alkoqol, piylənmə və fiziki hərəkətsizlik riski artırır. 2023-cü ildə yayımlanan bir araşdırma, artıq alkoqol qəbulunun riski 30% artırdığını göstərib.
Radiasiya təsiri: Gənc yaşda sinə bölgəsinə radiasiya almış şəxslərdə risk artır.
Əlamətlər: Erkən diaqnoz həyat xilas edir
Kişilərdə süd vəzi xərçəngi adətən 60-70 yaşda rast gəlinir, lakin daha erkən yaşda da müşahidə oluna bilər. Əlamətlərə bunlar daxildir:
Sinədə və ya qoltuqaltında kütlə
Süd vəzi başında qanlı axıntı
Dəridə büzüşmə, içə çəkilmə və qızartı
Əlamətlər çox vaxt xoşxassəli ginekomastiya ilə qarışdırıldığı üçün diaqnoz gecikə bilər. Erkən diaqnoz müalicə uğurunu xeyli artırır – erkən mərhələdə sağ qalma göstəricisi 90%-dən yüksəkdir.
Müalicə və ümid:
Kişilərdə müalicə qadınlarla eynidir. Əksər hallarda əməliyyat (mastektomiya) və hormon müalicələri tətbiq olunur. Tamoksifen adlı hormon dərmanına kişilər qadınlara nisbətən daha tez reaksiya verirlər.
Profilaktika üçün:
Sağlam çəki
Mütəmadi fiziki aktivlik
Alkoqoldan uzaq durmaq
Riskli şəxslər üçün genetik testlər
Science jurnalında yayımlanan yeni araşdırma, xolesterinin bir yan məhsulunun xərçəng yaranmasına səbəb ola biləcəyini göstərib. Bu isə xolesterinə qarşı dərmanların gələcəkdə profilaktik rolu ola biləcəyini gündəmə gətirib.
Ulusum.az
 
Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
		 18-12-2024, 14:30
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
	
	 30-06-2024, 14:53
	
		İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
	
	 3-05-2025, 13:00
	
		Kişilərin sağlamlığına təsir edən ən mühüm məsələlərdən biri də prostat vəzisi ilə bağlı problemlərdir. Xüsusilə 40
	
	 11-07-2024, 21:30
	
		Planlaşdırılmamış hamiləlik qadının, kişinin və ya cütlüyün həyatında böhrana səbəb ola bilər. Belə vəziyyətdə,
	
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
	Şokoladlı-kəsmikli zapekanka
		---
		
			 Dünən, 10:00
			
	Tez   Hazırlanan Peçenye Resepti. -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO