Azərbaycanda ən çox rast gəlinən xərçəng növləri - Baş həkim AÇIQLADI
 
        Ulusum.az
Son illər Azərbaycanda xərçəng xəstəliklərinə dair göstəricilər onkoloji risklərin ciddiliyini və profilaktik tədbirlərin əhəmiyyəti məsələsini gündəmə gətirib. 2024-cü ildə ölkə üzrə onkoloji diaqnoz qoyulanların sayı 15 min nəfəri ötüb.
Müxtəlif yaş qruplarında aşkarlanan xəstəliklər arasında isə ən çox süd vəzisi, mədə, ağciyər və bağırsaq xərçəngləri qeydə alınıb. Mövcud statistika onu göstərir ki, erkən diaqnostika, maarifləndirmə və vaxtında tibbi müdaxilə bu xəstəliklə mübarizədə həlledici rol oynayır.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.
Mövzu ilə bağlı Ulusum.az-a danışan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, yentörəmələrin aşkarlanması halları daha çox 45-60 yaş aralığını əhatə edir.
“Son illərdə aşkarlanan xəstəlik hallarında həm ümumi artım müşahidə olunur, həm də bu, bir sıra hallarda gecikmiş diaqnostikanın nəticəsidir.
Xərçəng yoluxucu xəstəlik olmadığından “yayılma” anlayışı bu xəstəlik üçün tam uyğun deyil. Bununla belə, xəstəliyin yayılma tempində artım olduğu da qeyd edilir.
Əsas problem kimi xəstələrin həkimə gec müraciət etməsi göstərilir.
Əgər diaqnostika ilkin mərhələlərdə aparılsa, sağalma ehtimalı kifayət qədər yüksək olur. Təəssüf ki, ölkəmizdə əksər xəstələr 3-cü və 4-cü mərhələlərdə tibbi yardıma müraciət edirlər”.
Baş həkimin sözlərinə görə, ən çox rast gəlinən xərçəng növləri arasında süd vəzi, ağciyər və mədə xərçəngi ön sıradadır:
“Hər bir xərçəng növünün öz lokalizasiyasına görə fərqli simptomları, diaqnostika üsulları və müalicə taktikaları mövcuddur.
Xəstəliyin yaranma səbəbi dünya üzrə tam məlum deyil. Bu isə o demək deyil ki, müalicə yoxdur. Sadəcə, tam sağalma üçün xəstəliyin ilkin mərhələlərdə aşkarlanması vacibdir.
Bunun üçün insanların mütəmadi tibbi müayinələrdən keçməsi əsas şərtdir. Süd vəzi xərçəngi üzrə dünyada qəbul olunan qaydaya görə, 35 yaşdan yuxarı olan qadınlar ildə heç olmasa bir dəfə mamoqrafiya müayinəsindən keçməlidirlər. Ancaq Azərbaycanda bu qaydaya əməl edən qadınların sayı çox azdır.
Onların əksəriyyəti yalnız törəmə əmələ gəldikdən sonra həkimə müraciət edirlər”.
O, eyni zamanda qeyd edib ki, xərçəngin yaranmasına səbəb olan risk faktorları çoxdur:
“Əsas amillər sırasında ekoloji şərait, düzgün olmayan qidalanma, davamlı stress, siqaret çəkmə kimi faktorlar yer alır.
Siqaret çəkənlər arasında ağciyər xərçənginə rast gəlmə ehtimalı daha yüksəkdir. Lakin bu amil xəstəliyin yaranmasının yeganə səbəbi hesab edilmir.
Siqaret çəkmək riski artırır, lakin onun xərçəngə səbəb olması 100 faiz dəqiqliklə təsdiqlənmir”.
A.Kərimli onu da vurğulayıb ki, xəstəliklərin profilaktikası və erkən aşkarlanması istiqamətində Milli Onkologiya Mərkəzi tərəfindən müəyyən tədbirlər görülür.
“Mərkəzin iki müasir diaqnostik avadanlıqla təchiz olunmuş mobil klinikası mövcuddur. Həkim briqadaları bu maşınlarla bölgələrə gedərək əhali arasında profilaktik baxışlar aparır, erkən diaqnostika həyata keçirirlər. Bununla belə görülən tədbirlər ölkə üzrə kifayət qədər əhatəli deyil”.
A.Kərimli söyləyib ki, ən mühüm profilaktika tədbiri kimi maarifləndirmə işinin aparılmasını göstərmək olar:
“Bu sahədə vəziyyət isə ürəkaçan deyil. Xərçəng xəstəlikləri barədə televiziya kanallarında demək olar ki, heç bir maarifləndirici veriliş yayımlanmır.
Elə bu səbəbdən insanlar xəstəlik barədə dolğun məlumata malik deyillər”.
R.İkramlı

Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
		 18-12-2024, 14:30
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
	
	 26-05-2025, 11:48
	
		Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
	
	 30-06-2024, 14:53
	
		İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
	
	 25-05-2024, 18:50
	
		Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
	
	 26-04-2025, 13:30
	
		Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına
	
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
	Şokoladlı-kəsmikli zapekanka
		---
		
			 Dünən, 10:00
			
	Tez   Hazırlanan Peçenye Resepti. -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO