Kəskin çəki dayanması nə ilə bağlıdır?
Hormonal pozğunluqlar və endokrin xəstəliklər çəki atılmasına ciddi maneələr yarada bilər.
Ulusum.az-a açıqlamasında terapevt-endokrinoloq Dr. Ayşən Xəlilova bildirir ki, bəzən insanlar düzgün qidalanma və fiziki aktivliklə məşğul olsalar belə, arıqlama prosesi dayana bilər.
Bu zaman pasiyentlərdə əsas səbəb kimi hormonal problemlər, xüsusən də endokrin xəstəliklər ön plana çıxır.
“Çəki verə bilməmək bəzən sadəcə iradə ilə bağlı deyil. Hipofiz vəzinin fəaliyyət pozğunluğu, hipotiroidizm (qalxanvari vəzin tənbəlliyi), insulinin düzgün işləməməsi, metabolik sindrom və digər hormonal disbalanslar arıqlama prosesini əngəlləyə bilər.
Bu vəziyyətlərdə yalnız pəhriz və idman kifayət etmir. Ttibbi müdaxilə və dəqiq diaqnoz şərtdir,” – deyə Dr. Xəlilova vurğulayır.
Piylənmənin əsas səbəbləri sırasında irsiyyət, oturaq həyat tərzi, yarımfabrikat qidalarla qidalanma, təbii məhsullardan uzaq durmaq və psixoloji faktorlar dayanır.
Ulusum.az sağlam həyat naminə maarifləndirməni davam etdirir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
