Kəskin çəki dayanması nə ilə bağlıdır?
Hormonal pozğunluqlar və endokrin xəstəliklər çəki atılmasına ciddi maneələr yarada bilər.
Ulusum.az-a açıqlamasında terapevt-endokrinoloq Dr. Ayşən Xəlilova bildirir ki, bəzən insanlar düzgün qidalanma və fiziki aktivliklə məşğul olsalar belə, arıqlama prosesi dayana bilər.
Bu zaman pasiyentlərdə əsas səbəb kimi hormonal problemlər, xüsusən də endokrin xəstəliklər ön plana çıxır.
“Çəki verə bilməmək bəzən sadəcə iradə ilə bağlı deyil. Hipofiz vəzinin fəaliyyət pozğunluğu, hipotiroidizm (qalxanvari vəzin tənbəlliyi), insulinin düzgün işləməməsi, metabolik sindrom və digər hormonal disbalanslar arıqlama prosesini əngəlləyə bilər. Bu vəziyyətlərdə yalnız pəhriz və idman kifayət etmir – tibbi müdaxilə və dəqiq diaqnoz şərtdir,” – deyə ulusum.az- drXəlilova vurğulayır…
Sual:
İnsulin problemi də çəkiyə təsir edirmi?
Cavab:
Əlbəttə. İnsulinə qarşı müqavimət metabolik sindroma səbəb ola bilər və bu da artıq çəkinin yığılmasına gətirib çıxarır.
Daha ətraflı məlumat və sağlamlıq tövsiyələri üçün Ulusum.az-ı izləyin.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
