Dədə Ədalətin doğum günüdür
Sazı ilə könüllərə yol tapmış, “Ruhani”nin səsi ilə əbədiyyətə qovuşmuş ustad sənətkar — Dədə Ədalət ehtiramla anılır.
Ulusum.az xəbər verir ki, 27 yanvar Azərbaycan mədəniyyət tarixinə silinməz izlər qoymuş, sazın sehrini dünyaya tanıdan, türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi, ustad sənətkar Ədalət Məhəmmədəli oğlu Nəsibovun — Dədə Ədalətin doğuluşunun 87-ci ildönümü günüdür.
Dədə Ədalət sazı sadəcə dilləndirmirdi, onu danışdırır, duyğuların dilinə çevirirdi.
Barmaqlarından süzülən hər avaz bir taleyə bənzəyir, hər səda bir ömrün sükutunu pozurdu.
Onun ifasında “Ruhani” könüllərə yol tapır, insanı öz iç dünyasına apararaq ruhun dərin qatlarına toxunurdu.
“Yanıq Kərəm” isə sazın sinəsindən qopan bir sızıltı kimi səslənir, dərdi də, sevgini də eyni anda yaşadırdı.
Bu ifalarda yanğı vardı, bu ifalarda hikmət vardı, bu ifalarda xalqın min illik ruhu yaşayırdı.
Dədə Ədalətə əmanət olan bu dünya bir gün onu yenə saz sədası ilə yola saldı. O, “Ruhani”ni bənzərsiz ifası ilə könüllərə necə yol tapdırmışdısa, elə həmin Ruhani havasının müşayiəti ilə də torpağa əbədi qovuşdu.
Yaşadı, yaşatdı, sazı ilə mədəniyyətimizə nəfəs, tariximizə iz saldı; aşıqlar çoxdur, amma Dədə Ədalət — sənin yerin yoxdu, sazın da, adın da əbədidir.
Sanki saz son dəfə ah çəkdi, sanki tellər ayrılıq nəğməsi söylədi…
Ruhun şad olsun, Dədə Ədalət!
Sazın səsi kəsilmədi — sadəcə əbədiyyətə köçdü…
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:35
ŞƏKƏRBURA RESEPTİ – Addım-addım Hazırlanması Video
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu
Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var
Qənnadçı tort bişirəndirmi?
