Bu gün, 09:30 0 Cəmiyyət / Gündəm

Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib

Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Azerbaijan Best Award tədbirində Fəxriyyə Hacıyevanın yaradıcılığı və “Yaddaşın ilmələri” kolleksiyası yüksək qiymətləndirilib

Ulusum.az
xəbər verir ki, Azerbaijan Best Award tədbiri çərçivəsində sənətkar Fəxriyyə Hacıyevanın yaradıcılığı xüsusi diqqət mərkəzində olub.

Tədbirdə müəllifin öz eskizləri əsasında toxunmuş “Yaddaşın ilmələri” adlı xalça kolleksiyası təqdim edilib.

Kolleksiya Azərbaycan xalça sənətində Qarabağ ornamentlərinin ruhunu, milli-mənəvi dəyərləri və tarixi yaddaşı özündə əks etdirir.

Əsərlərdə ənənə və müasirlik harmonik şəkildə birləşərək zəngin və özünəməxsus bədii dil formalaşdırır. Fəxriyyə Hacıyevanın yaradıcılıq yolu milli irsə sədaqət, zəhmət və sənətə olan təmiz sevgi üzərində qurulub.

Tədbir çərçivəsində sənətkar MİRTALİBLİ MEDİA GROUP tərəfindən təqdim olunan Azerbaijan Best Awards – 10 illik yubiley mükafatına layiq görülüb. Mükafat ona yüksək peşəkarlığı, davamlı uğurları və cəmiyyətə dəyərli töhfələrinə görə təqdim edilib.
Fəxriyyə Hacıyeva ona göstərilən diqqət və dəyərləndirməyə görə MİRTALİBLİ MEDİA GROUP-a təşəkkürünü bildirib.
Qeyd edək ki, bu barədə sənətkar öz sosial şəbəkə hesabında paylaşım edib.

https://www.facebook.com

Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib








Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.