Piylənmə: Sadəcə köklük deyil, ciddi bir xəstəlikdir
Pİ-lənmə yalnız artıq çəkidən ibarət deyil – bu, çoxsaylı yanaşı xəstəliklərə səbəb olan kompleks bir sağlamlıq problemidir.
Ulusum.az-a danışan Dr. Taryel Ömərov qeyd edir ki, günümüzün ən aktual sağlamlıq problemlərindən biri – piylənmə ilə bağlı mütəxəssislər mühüm məqamlara diqqət çəkir.
Bədən Kütlə İndeksinin 30-un üzərində olması Pİ-lənmə üçün tibbi kriteriya sayılsa da, hər artıq çəkili insan piylənmiş hesab edilmir.
Piylənmə yalnız vizual dəyişikliklərlə – artıq çəkili görünmək, "topuş" bədən forması ilə deyil, daxili orqanlara təsir edən ciddi fəsadlarla müşayiət olunur: şəkərli diabet, ürək-damar xəstəlikləri, qaraciyərin yağlanması, hormonal disbalans və daha 10-dan çox yanaşı xəstəlik.
Təəssüf ki, bəzən pasiyent artıq çəkidən qurtulsa belə, piylənmənin törətdiyi xəstəliklər qalıcı ola bilir.
Piylənmənin əsas səbəbləri sırasında irsiyyət, oturaq həyat tərzi, yarımfabrikat qidalarla qidalanma, təbii məhsullardan uzaq durmaq və psixoloji faktorlar dayanır.
Ulusum.az sağlam həyat naminə maarifləndirməni davam etdirir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
