Bu gün, 09:18 0 Gündəm / Sağlamlıq

Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama

Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ulusum.az xəbər verir ki, palma yağının sağlamlıq üçün təhlükəli hesab olunması onun özündən deyil, emal texnologiyasından asılıdır. İctimai Televiziyanın “Xəbərimiz var” verilişində çıxış edən AQTA-nın Qida Təhlükəsizliyi Şöbəsinin müdiri Validə Sədıxova bildirib ki, palma yağı yüksək temperaturda düzgün olmayan üsullarla emal edildikdə zərərli maddələr yarana bilər.

Onun sözlərinə görə, 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) tərəfindən aparılan elmi qiymətləndirmələr göstərib ki, bütün bitki yağları, o cümlədən palma yağı yüksək temperaturda rafinasiya zamanı sağlamlıq üçün təhlükəli kimyəvi birləşmələr yarada bilər.

Bu maddələrə əsasən aşağıdakılar daxildir:

3-MCPD (3-monochloropropane-1,2-diol)

2-MCPD

Glycidyl esters (qlisidil efirləri)

Bu birləşmələr insan orqanizmində genotoksik və kanserogen təsirə malik ola bilər. Yəni hüceyrələrin DNT-sinə zərər verərək uzunmüddətli sağlamlıq riskləri yarada bilər.

AQTA rəsmisi bildirib ki, bu risk yalnız palma yağına məxsus deyil, bütün bitki yağlarında mövcuddur. Lakin palma yağı texnoloji xüsusiyyətlərinə görə daha yüksək temperaturda emal edildiyindən, həmin maddələrin yaranma ehtimalı burada nisbətən daha yüksək olur.

Validə Sədıxovanın sözlərinə görə, Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu riski nəzərə alaraq həmin maddələr üçün maksimum icazə verilən hədlər müəyyən edib. Bu yanaşma riskin tam aradan qaldırılmasını deyil, onun idarə olunmasını və nəzarətdə saxlanmasını nəzərdə tutur.

AQTA bildirib ki, Azərbaycan bu beynəlxalq tələbləri 2019-cu ildən etibarən öz qanunvericiliyinə inteqrasiya edib. Hazırda palma yağı və digər bitki yağları ölkəyə idxal edilərkən, istehsal mərhələsində və hazır məhsullarda 17 təhlükəsizlik və keyfiyyət göstəricisi üzrə laboratoriya nəzarətindən keçirilir.

Normadan artıq zərərli maddə aşkar edildikdə məhsulların dövriyyədən çıxarılması və ölkədən geri qaytarılması ilə bağlı tədbirlər görülür.

Nəticə etibarilə AQTA bildirir ki:

Palma yağı özü-özlüyündə zərərli deyil
. Təhlükə onun düzgün olmayan şəraitdə, yüksək temperaturda və nəzarətsiz şəkildə emal edilməsindən yaranır.

https://www.facebook.com

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.