Uşaqlar üçün risk artır: Koksaki virusunun əlamətləri və qorunma yolları
Avropa Tibb Mərkəzinin (EMC) pediatrı Nikita Volkov RT-yə açıqlamasında Koksaki virusunun əlamətləri, müalicəsi, profilaktikası və kimlərin risk altında olduğunu izah edib.
Həkimin sözlərinə görə, Koksaki virusu ən çox "əl-ayaq-ağız xəstəliyi" kimi tanınan enterovirus vezikulyar stomatiti və ya herpangina (vezikulyar faringit) formasında özünü büruzə verir.
Xəstəlik yüksək qızdırma, boğaz ağrısı, ağız selikli qişasında səpgilər və udma çətinliyi ilə müşayiət olunur. Ekzantemalı formasında səpgilər əsasən əllərdə, ayaqlarda və nadir hallarda omba nahiyəsində müşahidə olunur.
Volkov bildirib ki, bəzi uşaqlarda bu virus sadə soyuqdəymə kimi – yüngül burun axıntısı və azca temperaturla keçə bilər.
Koksaki virusuna qarşı spesifik müalicə mövcud deyil. Simptomatik müalicə tətbiq olunur: qızdırmasalıcı, ağrıkəsici dərmanlar, istirahət və bol maye qəbulu tövsiyə edilir.
Əsas profilaktika üsulu isə gigiyena qaydalarına riayət etməkdir — xüsusilə əllərin mütəmadi yuyulması.
Həkim əlavə edib ki, virusa yoluxma riski daha çox kiçik yaşlı uşaqlarda, immuniteti zəif olanlarda və xəstələrlə sıx təmasda olan böyüklərdə müşahidə olunur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
Şam yeməyi üçün sağlam və doyumlu resept
Mətbəx
Dünən, 15:00
Ev Şəraitində Yarpaq Dönər Resepti
Mətbəx
Dünən, 13:00
Nahar - Toyuqlu mərci püresi şorbası
Mətbəx
Dünən, 11:00
Şokoladlı-kəsmikli zapekanka
Mətbəx
Dünən, 10:00
Tez Hazırlanan Peçenye Resepti -VİDEO
Sağlamlıq
Dünən, 09:30
Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
Mətbəx
Dünən, 09:30
Səhər yeməyi - Düyü unlu syrniklər
Populyar Xəbərlər
Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda - VİDEO
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi