Kərə yağını necə təzə saxlamaq olar?
"Land O' Lakes" şirkətinin kulinariya kontenti üzrə mütəxəssisi Toni Enqen kərə yağının yeganə düzgün saxlanma üsulundan danışıb. Onun sözlərinə görə, məhsulu soyuducudan kənarda dörd saatdan artıq saxlamaq olmaz.
“İstifadə olunmayan yağı həmişə soyuducuya qoyun”
Ulusum.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssisin fikrincə, istifadə edilməmiş yağı soyuducuya qaytarmaq mütləqdir.
Onun fikrincə, kərə yağının uzun müddət otaq temperaturunda qalması məhsulun rənginə və dadına mənfi təsir göstərə bilər. Bu qayda həm duzlu, həm duzsuz, həm də çalınmış yağ növlərinə aiddir.
Yağı soyuducuda necə saxlamaq lazımdır?
Mütəxəssis məhsulu soyuducunun ən soyuq hissəsində, öz orijinal qablaşdırmasında saxlamağı tövsiyə edir. Əgər yağı “ehtiyat üçün” almağı planlaşdırırsınızsa, onu dondurucuya qoymaq daha yaxşı seçimdir.
Kərə yağını tez yumşaltmaq üçün nə etməli?
Soyudulmuş yağı tez yumşaltmaq lazımdırsa, onu otaq temperaturunda 30–45 dəqiqə saxlamaq kifayətdir. Əgər yağı kiçik hissələrə doğrasanız, bu proses daha da sürətlənəcək təxminən 15 dəqiqəyə yumşalacaq.
Dondurulmuş yağı isə Enqen əvvəlcə sürtgəcdən keçirməyi məsləhət görür. Bu, onu qarışdırma qabına köçürməyi asanlaşdırır. Bir neçə dəqiqə otaq temperaturunda saxlanıldıqda, sürtgəcdən keçirilmiş hissələr tez isinir və yumşalır.
R.Daşdəmirova
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
30-04-2025, 12:24
Soyuducular yeməklərimizi təravətli saxlamağa, vaxta qənaət etməyə və qidaların xarab olmasının qarşısını alan mətbəxin
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
Bu gün, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
Bu gün, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır