Əti necə dondurmalıyıq?
Ətin səhv şəkildə əridilməsi və dondurulması, eləcə də yenidən dondurulması təhlükəli bakteriyaların çoxalmasına səbəb ola bilər.
Ulusum.az xəbər verir ki, bu barədə bioloq İrina Lyalina lenta.ru-ya açıqlamasında bildirib.
Bioloqun sözlərinə görə, əgər ət tam əridilərək otaq temperaturuna çatıbsa, onun yenidən dondurulması arzuolunmazdır. O qeyd edib ki, ət otaq şəraitində əridikdə bakteriyalar aktiv şəkildə çoxalmağa başlayır və təkrar dondurma onları məhv etmir, sadəcə artımını ləngidir. Bu isə gələcəkdə məhsulun keyfiyyətinin pisləşməsinə, dadının itirilməsinə və hətta qida zəhərlənməsinə səbəb ola bilər.
Lyalina uzunmüddətli saxlanma üçün yalnız təzə məhsullardan istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, dondurmadan əvvəl əti yumaq lazım deyil. Əsas şərt isə hermetik qablaşdırmadır: qida üçün nəzərdə tutulmuş streç plyonka, zip-bağlı qalın paketlər və ya vakuum qablaşdırma istifadə olunmalıdır. Bu, artıq buzlaşmanın qarşısını alır, əti oksidləşmədən və yad qoxulardan qoruyur.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, bütün qaydalara əməl edilsə belə, ətin çox uzun müddət saxlanması onun dadına və teksturasına mənfi təsir göstərir: məhsul nəmini itirir, rəngi dəyişə və dondurucunun qoxularını çəkə bilər.
Bioloqun sözlərinə görə, -18 dərəcə temperaturda ətin tövsiyə olunan saxlanma müddətləri belədir: mal və donuz əti üçün 6-12 ay, toyuq və hind quşu (bütöv) üçün 6 ay, quş əti hissələri üçün 9 ay, xırda doğranmış ət, qiymə və yarımfabrikatlar üçün isə 3-4 ay.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
Bu gün, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
Bu gün, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır