14-08-2025, 10:30 0 Mədəniyyət

Xalq artisti Alim Qasımov 68 yaşında!

Xalq artisti Alim Qasımov 68 yaşında!
Bu gün Azərbaycanın böyük xanəndəsi, muğamın ulduzu Alim Həmzə oğlu Qasımovun doğum günüdür. 1957-ci il avqustun 14-də Şamaxıda doğulan sənətkar Bakıda muğam məktəbinin ən istedadlı müəllimlərindən dərs alıb və 25 yaşında birinci muğam müsabiqəsinin qalibi olub.

Alim Qasımov yalnız Azərbaycanda deyil, bütün dünyada muğamı tanıdıb. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran, ABŞ – harada səhnəyə çıxsa, Azərbaycan musiqisini qəlblərə çatdırıb. 1999-cu ildə Beynəlxalq IMC YUNESKO Musiqi Mükafatına layiq görülüb.

2000-ci ildə “Love's deep ocean” albomu Avropa radiosunda səslənib, Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib. 2010-cu ildə fransalı DJ David Vendetta ilə duet ifa edib, həmçinin The New York Times və The Guardian onu dünyanın ən böyük müğənnilərindən biri kimi tanıyıb.

Alim Qasımov həm də Azərbaycanın möhtəşəm tədbirlərində – Avroviziya 2012, Avropa Oyunları 2015, Bakı Olimpiya Stadionundakı performanslarda – canlı muğam ifası ilə yadda qalıb. 50 illik yubileyi münasibətilə “Alim Qasımov fenomeni” adlı kitab nəşr olunub.

2008-ci ildə “Şöhrət”, 2017-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunub. Sənətkar ailəlidir, qızı Əməkdar artist Fərqanə Qasımova da xanəndədir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: