Azərbaycan poeziyası Venesuelada səsləndi

Venesuelanın paytaxtı Karakas şəhərində bütün qitələrdən dəvət olunan şairlərin yenicə başa çatan XIX Ümumdünya Poeziya Festivalında ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzər” jurnalının əməkdaşı, şair-tərcüməçi Mahir Qarayev təmsil edib.

Venesuela yazıçı və şairləri Anna Mariya Palomaresin “Od və kül arasında” (“De fuego o de ceniza”), Freddi Nyanyesin “Yad ev” (“Casa Ajena”) və Xorxe Rodrigesin “Külə dönmüş çay” (“Río quemado”) kitabları onun tərcüməsində ana dilimizdə nəşr olunub. Festival ərəfəsində Mahir N.Qarayevin bir neçə şeiri də ispan dilinə tərcümə olunaraq populyar nəşrlərdə yayılıb.

Bir həftə davam edən festival çərçivəsində müxtəlif şairlərin ispan dilində şeirlərinin Azərbaycan, ingilis və digər dillərdə tərcümələri elektron formatda göstərilib, təşkil olunan kitab sərgisində ölkəmizdə ingilis və ispan dillərindən tərcümə kitabları nümayiş edilib. Mahir Qarayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşan səfərində otuzdan çox ölkənin yazarları ilə ünsiyyət qurub, klassik və müasir ədəbiyyatımız haqqında onlara məlumat verib, ədəbi əlaqələrin inkişafı məsələləri barədə fikir mübadiləsi aparıb. (azərtac)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq