Rafiq Yusifoğlunun 75 İli: İlin Hər Günü Yubilyarın Günü, Sözün, Vəfanın və Poeziyanın Bayramı

Sumqayıt Muğam Mərkəzində keçirilən Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, sözün əsl mənasında, poeziya və vəfa bayramına çevrildi. Tədbir, Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə baş tutdu.

Gecənin əvvəlində Əməkdar artist Rauf Ağakişiyevin ifasında səslənən “Bir dəqiqəlik sükut” şeiri, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiramın poetik ifadəsi oldu.

AYB-nin Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin gələn qonaqları salamlayaraq tədbirin davam etməsi üçün səhnəni digər qonaqlara ötürdü. Milli Qəhrəman Polad Həşimov adına 28 saylı tam orta məktəbin və Xıdırlı kənd tam orta məktəbinin şagirdləri, şairin sözlərinə bəstələnmiş mahnılar və şeirlərdən ibarət kompozisiyalarla tədbirə xüsusi ovqat bəxş etdilər.
Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynli, bəstəkar-müəllim Lalə Şirinin yetirmələri Fidan Atakişiyeva və Rəsul Məmmədovun ifaları isə gecənin bədii zənginliyini daha da artırdı.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin 1-ci müavini Teymur Səmədov və Qubadlı rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Haqverdiyev, Rafiq Yusifoğlunun yaradıcılığı, şəxsiyyəti və poeziyasından söz açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri vurğuladılar.

Şairlərdən Prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva Əşrəf Veysəlli və filologiya elmləri doktoru, professor Avtandil Ağbaba da çıxış edərək, Rafiq Yusifoğlunun zəngin yaradıcılığından və poeziyasının dərinliyindən bəhs etdilər.

Qeyd edə ki, 1966-cı ildən imzası mətbuatda görünən Rafiq Yusifoğlunun indiyədək bir çox kitabları, şeirləri, hekayələri, 20 cildlik seçilmiş əsərləri və məqalələri çap olunub. Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunan ədibin ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici, elektron məlumat bazası 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir.

Rafiq Yusifoğlunun "Ədəbiyyatşünaslığın əsasları" kimi dərslikləri, uşaq ədəbiyyatı, müasir ədəbi proses və ədəbi tənqid, ədəbi nəzəri inkişaf mərhələləri kimi monoqrafiyaları və məqalələri, mədəni ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi və yubilyara hədiyyələr verildi.

Yubilyar, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirərək, yeni şeirlərini səsləndirdi. Sonda Əməkdar artist İzaməddin Bağırovun ifasında səslənən “Bu dünya durduqca” şeiri ilə yubiley gecəsi tamamlandı və xatirə şəkilləri çəkildi.
R.Daşdəmirova
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 10:00
Netanyahu Qətərə hücuma görə alqış tələb edir
Dünya
Bu gün, 09:30
Tramp tərəfdarı 31 yaşlı Çarli Kirk güllələndi
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi